İqtisadiyyat Manşet

Nazir müavini: “Azərbaycana 2011-2021-ci illərdə 62 milyard manat pul qoyulub”

2011-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 62,3 milyard manat investisiya qoyulub.

“Zirvə yolu” xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

“Azərbaycana böyük məbləğli investisiyalar cəlb edilir. Bu, əlverişli biznes mühitinin nəticəsidir. Bir ölkədə əlverişli biznes mühiti mövcud deyilsə, həmin ölkəyə heç kim investisiya yatırmır. Ölkə prezidentinin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət , o cümlədən yaradılmış əlverişli biznes mühiti investorların diqqətini cəlb edir”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir