Qış İdmanı Növləri Federasiyasının baş katibi Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib
Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, seçki Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyasında olub.
Onlayn formatda təşkil edilən toplantı zamanı səsvermənin nəticələrinə əsasən, Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti vəzifəsini yerinə yetirəcək.