Cəmiyyət Səhiyyə

“811 xəstəyə xidmət etmişəm, 734 manat pul yazıb” – ETİRAZ

7 saylı Birləşmiş Şəhər Xəstəxanasının pediatrı Elsevər Kərimovun feysbuk profilindən yazdığı şərh sosial şəbəkələrdə gündəm olub.

Zirveyolu.info  Yeniavaz.com-a istinadla xəbər verir ki, pediatrın şərhi bir çox sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb və müzakirə mövzusuna çevrilib.

"811 xəstəyə xidmət etmişəm, 734 manat pul yazıb" - ETİRAZ

E.Kərimov yazdığı şərhdə gəlirin düzgün bölünməməsindən şikayətlənib:
“Noyabr ayında 811 xəstəyə xidmət etmişəm, mənə 734 manat pul yazıb. Dekabr hələ qalıb. Hesabladım, adamın biri 90 qəpiyə düşür. Ona görə Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Heç olmasa, hər xəstəyə görə həkimə 5 azn ödənilsə, 4-5 min pulumuzu alarıq. Adam özünü qul kimi hiss edir. Zülmünü isə xalq çəkir: keyfiyyətsiz tibbi xidmət”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir