İdman

Avstriya yığması Azərbaycanla oyun ərəfəsində daha bir itki ilə üzləşib

Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində daha bir itki ilə üzləşib.

“Zirvə yolu” xəbər verir ki, müdafiəçi Filipp Lienhart sıradan çıxıb.

Almaniyanın “Frayburq” klubunun oyunçusu Avropa Liqasının 1/8 final mərhələsində İtaliya təmsilçisi “Yuventus”la (0:1) səfər qarşılaşmasının ikinci hissəsində zədələnərək əvəzlənib. Bud nahiyəsindən xəsarət alan Lienhartın bu səbəbdən millinin qarşıdakı matçlarına çağırılması gözlənilmir.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniyanı qəbul edəcək. Daha əvvəl yarımmüdafiəçi Ksaver Şlager və müdafiəçi David Alabanın Azərbaycan yığması ilə görüşü buraxacaqları açıqlanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir