Belçika parlamenti Qolodomor faciəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə paylaşım edib.
O, buna görə Belçikaya təşəkkür edib.
Qeyd edək ki, “Qolodomor” qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.
“Qolodomor” hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.