Kriminal Manşet

Qaradağda 27 yaşlı gənc qətlə yetirilib, şübhəli şəxs saxlanılıb

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-cı il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir