Cəmiyyət

Muxtar Babayevin İŞ METODU – “Gücü çatan restoranlara tas qoydular…”

“Nazir gücü çatanlara tas qoydu, çatmayanlara göz yumdu, Bakı məhv olur…”

Zirveyolu.info  gundemxeber.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Məğrur Salmanov məlumat verib:

“Yadınızdadırsa, nazir təzə gələndə özünə əl qatdı ki, ekologiya zəhərlənir. Ekologiyanı zəhərləyən şadlıq sarayları, restoranlar cərimələnəcək. Xüsusi avadanlıq alınması tələbi qoyuldu.

Həmin aparat vasitəsi ilə guya tüstünü mayeyə çevrirəcəkdilər. Avadanlığın qiyməti isə 100 min manat civarında idi. Üstündən 1-2 il keçdi, ortada iş yoxdur. Saat axşam 6-dan sonra Bakı kababxanaya dönür.

Deyilənə görə, gücü çatan restoranlara tas qoydular, çatmayanlar da göz yumdular…”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir