İdman

Avropa çempionatı: Azərbaycanın beş güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

“Zirvə yolu”nun məlumatına görə, 55 kq çəki dərəcəsindəki Rahim Həsənov 1/4 final mərhələsində Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

63 kq-dakı Ziya Babaşov təsnifatda Sahak Hovannisyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.

77 kq-dakı Xasay Həsənli təsnifatda Şahan Acarla (Türkiyə), 87 kq-dakı Məhəmməd Əhmədiyev eyni raundda Açika Bolkvadze (Gürcüstan) ilə, nəhayət, 130 kq-dakı Sərxan Məmmədov Mixaylo Vişnivetski (Ukrayna) ilə görüşəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir