Azərbaycan təmsilçiləri Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.
“Zirvə yolu”nun məlumatına görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci yerə layiq görülüb.
Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.