19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yaranıb.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, mütəxəssis yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.
Bu səbəbdən yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq.
Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.