Cəmiyyət

Bakıda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb

Bakıda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikdə 16 702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir