İdman

“Barselona”nın qapıçısı klub tarixində üçüncü pilləyə yüksəlib

Mark-Andre ter Ştegen İspaniyanın “Barselona” klubunun heyətində ən çox oyunda qapısının toxunulmazlığını qoruyan üçüncü qapıçı olub.

“Zirvə yolu” xəbər verir ki, almaniyalı futbolçu La Liqanın XXV turunda “Atletik”lə matçda (1:0) rəqibə qol imkanı verməyərək, üçüncü pilləyə yüksəlib.

Bu, ter Ştegenin kataloniyalıların heyətində 150-ci “quru” görüşü olub. Hazırda onu yalnız rekordçu Viktor Valdes (237) və Andoni Zubizarreta (172) qabaqlayırlar.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir