İdman

Belçika millisinin baş məşqçisi: “Qarabağ”ın oyununda baş verənləri gözümüzlə gördük”

“UEFA Konfrans Liqasında “Gent”in “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduğu Azərbaycandakı oyunda baş verənləri gözümüzlə gördük. “Qarabağ” mərhələ adlaya bilərdi”.

“Zirvə yolu”nun məlumatına görə, bunu Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko “Kicker”ə müsahibəsi zamanı deyib.

Gənc mütəxəssis qrupda onları çətin mübarizə gözlədiyini düşünür: “Final mərhələsinin hədəfdən çox vəzifə olduğunu düşünmək çox təhlükəli olar. Avstriya noyabrda İtaliya qalib gəldi. Həmçinin İsveç də çox güclüdür. Ümumiyyətlə, asan rəqib yoxdur. Yəni seçmə mərhələ parkdakı gəzinti kimi olmayacaq”.

Qeyd edək ki, F qrupunda yer alan Belçika yığması ilk oyununu martın 24-də İsveç səfərində keçirəcək. Azərbaycan millisi həmin gün Linzdə Avstriyanın qonağı olacaq. Canni De Byazinin baş məşqçi olduğu komanda Belçika ilə sentyabrın 9-da evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir