Gəncə şəhərində qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.
“Zirvə yolu” xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, şəhər ərazisində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə bağlı məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Gəncə şəhərində qadın qətlə yetirilib.
“Zirvə yolu”nun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, 34 yaşlı Yeganə Hümbətova bıçaqla öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən şəxsin isə onun həyat yoldaşı 38 yaşlı Elşən Quluyev olduğu müəyyənləşib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.