İdman

“Qarabağ”dan Britaniya səfirinin üzvlük təklifinə cavab: “Gəlin, müqavilə şərtlərini razılaşdıraq”

“Qarabag” Futbol Klubu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirliyin əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

“Zirvə yolu” xəbər verir ki, “Qarabağ” bu barədə tviter hesabında paylaşım edib: “Böyük məmnuniyyətlə! (sizi üzv kimi qəbul edərik- red) Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar”.

Qeyd edək ki, daha əvvəl Fergus Auld tviterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb. “Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq.

“Qarabag” Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?”, – səfir kluba xitabən yazıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir