Uzunmüddətli məşqçilik təcrübəsinə malik, Rusiyanın tanınmış idmançısı Andrey Krılov Milli Gimnastika Arenasında qonaq olub.
“Zirvə yolu” Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə xəbər verir ki, 35 yaşlı mütəxəssis yığma komandamızın üzvləri ilə görüşüb və onlarla öz təcrübəsini bölüşüb.
Qeyd edək ki, Andrey Krılov batut gimnastikası və tamblinq üzrə dördqat dünya çempionu, Ümumdünya Oyunlarının qalibi, beşqat Avropa çempionu, iki dünya rekordunun sahibidir.
https://www.facebook.com/watch/?v=518999623740268