İdman

Azərbaycanlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.

“Zirvə yolu” Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə xəbər verir ki, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Görüş martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir