Dünya Manşet

Britaniya müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artırmağı planlaşdırır

Böyük Britaniya hökuməti müdafiə xərclərini 2,5%-ə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu məlumat hökumətin 2023-cü ildə təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasət prioritetlərinin kompleks icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2020-ci ildə Boris Conson hökuməti müdafiə xərclərinin böyük artım proqramını təsdiqləyib və Ukraynaya hərbi yardım daxil olmaqla bu il Böyük Britaniyanın ümumi hərbi xərclərinin ÜDM-in 2,2%-nə və ya 2,29%-nə çatacağı gözlənilir.

Hökumət qeyd edib ki, müdafiə xərclərinin yeni səviyyəyə qaldırılması ölkənin NATO-da liderliyini gücləndirəcək və Ukraynadakı münaqişədən əldə edilmiş dərsləri nəzərə alaraq Böyük Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsini sürətləndirməyə kömək edəcək.

Həmçinin, Böyük Britaniya hökuməti müdafiə proqramı üçün əlavə 5 milyard funt sterlinq ayırmaq niyyətini təsdiqləyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir