Manşet Siyasət

Nobel sülh mükafatı laureatı: “Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəzdir”

“Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların bir-birinə qovuşduğu məkandır”.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Nobel sülh mükafatı laureatı Kailaş Satyarti tviter hesabında yazıb.

Onun sözlərinə görə, İçərişəhərdə gəzinti keçmişə səyahət kimidir.

“II əsrdə tikilmiş Atəşgah məbədi qədim parsilərin və müsəlmanların ibadət yeri olub. Sonralar, XVI əsrdə bura indusların və sikxlərin məbədi olub”, – paylaşımda deyilir.

Xatırladaq ki, X Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər etmiş Nobel sülh mükafatı laureatı Kailaş Satyartini martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir