Dünya Manşet

Yaponiya ötən il Ukraynaya 1,6 milyard dollar ayırıb

Yaponiya 2022-ci ildə Ukraynaya kömək üçün təxminən 210 milyard yen (təxminən 1,6 milyard dollar) ayırıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Kyodo məlumat yayıb.

Agentliyin materialında bu rəqəmin Tokionun son bir ildə inkişafa rəsmi yardım istiqamətində gördüyü işlərin yekunlarına dair sənəddə göstəriləcəyi vurğulanır.

Bu məbləğə birbaşa Ukraynaya köçürülən vəsait, avadanlıq və humanitar yardımlar, habelə qaçqınları qəbul edən qonşu ölkələrə göstərilən yardımlar daxildir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir