Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 49 gün keçdikdən sonra dağıntılar altından qadın meyiti çıxarılıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilir ki, qadın meyiti Kahramanmaraşın Mərkəz Dulkadiroğlu rayonu İsmet Paşa küçəsində aşkar edilib. AFAD-dan bildirilib ki, hazırda ölən şəxsin kimliyi araşdırılır.