İqtisadiyyat Manşet

Azərbaycan bir sıra ölkələrlə radiotezliklərdən istifadəni müzakirə edəcək

Azərbaycan bir sıra ölkələrlə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadə ilə bağlı müzakirələr aparacaq.

“Zirvə ylu” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr ötən gün İsveçrənin Cenevrə şəhərində işə başlamış Ümumdünya Radiorabitə Konfransına son hazırlıq iclası çərçivəsində baş tutacaq.

Tədbirdə ölkəmizi nazirliyin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi və Kosmik Agentliyin (“Azərkosmos”) mütəxəssisləri təmsil edirlər.

İclasda adıçəkilən konfransın gündəliyinə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərin layihələri müzakirə ediləcək.

Həmçinin iki həftə davam edəcək tədbir çərçivəsində sözügedən sahədə Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə müxtəlif regional təşkilatlarla və aidiyyəti rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir