Manşet Siyasət

Azərbaycan, Bəhreyn və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib

Azərbaycan, Bəhreyn və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib.

“Zirvə yolu” xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tədbirdə çıxış edib.

“Dostlarım və həmkarlarım Abdullah Əl-Xəlifə və Maykl Hersoqla Vaşinqtonda birgə iftar süfrəsi təşkil etməkdən böyük şərəf və məmnunluq hissi duyuram. İsmarış aydındır: sülh, dostluq, konfessiyalararası dialoq, regional əlaqələr və ortaq dəyərlər sayəsində üzləşdiyimiz bütün çətinliklərin öhdəsindən gələ bilərik”, – X.İbrahim tviterdə yazıb.

İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq isə qeyd edib ki, iftarın birgə təşkili barədə qərar konfessiyalararası, icmalararası və regionlararası körpülərin qurulmasını və daha parlaq gələcəyə doğru birgə addımlamağı simvolizə edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir