Gimnastika üzrə Azərbaycan yığmaları beynəlxalq turnirdə iştirak etmək üçün Bosniya və Hersoqovina, həmçinin, Slovakiyaya gediblər.
“Zirvə yolu” xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
Bədii gimnastlar Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova 31 mart – 3 aprel tarixlərində Sarayevodakı “Suada Dilberoviç” beynəlxalq turnirinə qatılacaqlar.
Aerobika gimnastikası üzrə yığmanın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə martın 31-dən aprelin 2-dək Bratislavada baş tutacaq 24-cü Slovakiya Açıq Beynəlxalq turnirində qüvvələrini sınayacaqlar.