İqtisadiyyat Manşet

Azərbaycanda notariuslar kommersiya hüquqi şəxsi barədə məlumatları elektron sorğu ilə əldə edəcək

Azərbaycanda notariuslar kommersiya hüquqi şəxsinin təsisçiləri və onların nizamnamədəki payları, eləcə də kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcək.

“Zirvə yolu” xəbər verir ki, bu, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsi hazırlanarkən “Notariat haqqında” qanuna istinad edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir