Azərbaycanda notariuslar xarici rəsmi sənədləri leqallaşdırmadan qəbul edə biləcək
Azərbaycanda notariuslar xarici rəsmi sənədləri şəhadətnamə (apostil) verildikdə leqallaşdırmadan qəbul edə biləcək.
“Zirvə yolu” xəbər verir ki, bu, “Notariat haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə əsasən, notariuslar “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və yaxud elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verildikdə leqallaşdırmadan qəbul edə biləcəklər. Bu zaman elektron formada verilmiş şəhadətnamə bu qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.