İdman

Azərbaycanın qadın güləşçiləri Polşada təlim-məşq toplanışındadırlar

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Polşada təlim-məşq toplanışındadır.

“Zirvə yolu”nun məlumatına görə, baş məşqçi Semyon Çterevin rəhbərliyi altında 7 güləşçi Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşır.

Bunlar Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Sultanova (62 kq) və Elis Manolovadır (65 kq).

Azərbaycan millisi yerli Polşa, həmçinin, Bolqarıstan və Fransa yığmaları ilə birgə hazırlaşır.

Qeyd edək ki, Avropa çempionatı aprelin 17-23-ü aralığında keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir