Sverdlovsk vilayətinin Pelım şəhər dairəsində qaz kəmərində partlayış, ardınca isə yanğın baş verib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə TASS-a dairənin rəhbəri Şahid Əliyev bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb.
“Bəli, qaz kəmərində partlayış olub. Orada adam olmayıb. Boruda qazın qalıqları yanıb, yanğın olub”, – Əliyev deyib.
Onun sözlərinə görə, hadisə saat 22:00 (Bakı vaxtı ilə 21:00) radələrində baş verib.