Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
“Zirvə yolu” xəbər verir ki, təxminən 3 saat davam edən toplantıdan sonra verilən yazılı açıqlamada qeyd edilir ki, iclasda əsas diqqət fevralın 6-da baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yönəldilib.
Bununla yanaşı, Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılması, antiterror əməliyyatlarının davam etdirilməsi və mayın 14-də keçiriləcək seçkilər zamanı təhlükəsizlik məsələləri müzakirə mövzusu olub.
Toplantıda həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dənizin təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin görülməsi qərara alınıb.