İdman

Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında iştirak edəcəklər.

“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, aprelin 1-də İnsbrukda start götürəcək yarış iki gün davam edəcək.

Azərbaycan G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, bu gün İnsbruka yollanan Azərbaycan yığması aprelin 3-də Bakıya qayıdacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir