“Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”.
“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri İmanqali Tasmaqambetov deyib.
O bildirib ki, Cənubi Qafqazda sabitlik pozulub: “Ermənistan və Azərbaycan arasında illərlə davam edən ziddiyyətlər səbəbindən Qafqaz regionunda gərginlik qalmaqdadır”.