Azərbaycanın XİN rəhbəri Holokost Memorial Kompleksini ziyarət edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində “Yad Vaşem” Holokost Memorial Kompleksini ziyarət edib. “Zirvə yolu” xəbər verir ki, nazir abidə kompleksinin xatirə kitabına ürək sözlərini yazıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində Azərbaycan XİN rəhbərinə minnətdarlığını bildirib:…
İran XİN rəhbəri: “Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”
“Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”. “Zirvə yolu”nun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Tehranda “3+3” platformasının…
Ərdoğan: “İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik”
“İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik”. “Zirvə yolu” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var…



