Türkiyənin Qara dəniz bölgəsində yerləşən Kastamonu şəhərinin İhsanqazi rayonunda 4,2 maqnitudalı zəlzələ olub
“Zirvə yolu” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 11,83 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 01:24-də qeydə alınıb.