Ukrayna müdafiə qüvvələrinin tərkibində ölən gürcüstanəsilli döyüşçülərin sayı məlum olub
2022-ci il fevralın 24-dən Ukraynanın müdafiə qüvvələrinin tərkibində gürcüstanəsilli 40 döyüşçü həlak olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.
Bildirilib ki, onların bəziləri müharibənin başlaması ilə könüllü kimi gəliblər, bəziləri isə artıq uzun müddət Ukraynada yaşayıb və Ukrayna vətəndaşlığına malik olublar. Sonuncular arasında əslən Qoridən olan 29 yaşlı Mixail Mazanaşvilinin ölümü məlum olub. Son illərdə o, Ukraynada yaşayıb və burada ailə həyatı qurub.
Bundan əvvəl agentlik Ukrayna tərəfində 1 500-ə yaxın gürcü döyüşçünün savaşdığını bildirmişdi. İlk gürcü könüllü martın 18-də həlak olub.