İqtisadiyyat Manşet

Azərbaycan elektrik enerjisinin saxlanılması üçün batareyalar almaq istəyir

Azərbaycanda bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin saxlanılması üçün batareyaların alınması müzakirə mövzusudur.

“Zirvə yolu” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, həmin batareyalar çox baha olduğu üçün onların alınması ilə bağlı çətinliklər var: “Bu növ batareyalar elektrik enerjisindən səmərəli istifadəyə şərait yaradır. Amma onların qiyməti çox yüksəkdir. Qərbdə bu batareyaların alınmasına xərclənən vəsait sonda tariflərin üzərinə gəlir, bizdə isə sosial dövlət olduğu üçün bu addımı atmırıq. Ona görə hazırda müzakirələr ilkin mərhələdədir. Hansı həcmdə, hansı texnologiyadan olan batareya alınması əsas müzakirə mövzusudur. Müzakirələr Səudiyyə Ərəbistanının ACWA POWER şirkəti ilə aparılır”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir