Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus tibb avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Zirvə yolu” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin tibb avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, bu gün bundan əvvəl Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobil Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.