Dünya Manşet

Arun Venkataraman: “ABŞ Ticarət Xidməti Azərbaycanla ticarətin gücləndirilməsinə çalışır”

Birləşmiş Ştatların ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ABŞ-ın Ticarət Xidmətinin Azərbaycanla ticarət və investisiyanın daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Amerika Ticarət Palatasının üzvləri olan şirkətlər ilə görüş zamanı onların Azərbaycana dair artan marağı barədə məlumat alıb. O, Birləşmiş Ştatların xarici siyasətinin əsas iqtisadi təşəbbüslərini vurğulayıb və Ticarət Xidmətinin Amerika şirkətlərinə Azərbaycan barədə məlumatların verilməsi və ABŞ-Azərbaycan ticarət və investisiyanın gücləndirilməsi üçün çalışdığını bildirib.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir