Cəmiyyət

Rəşad Dağlının işinə bu hakim baxacaq

Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının məhkəməsi başlayır.

Cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qaradağ Rayon Prokurorluğu ittiham aktını tərəflərə təqdim edib. Rəşad Dağlının məhkəməsinə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək. Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir