Beyləqan rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb.
“Zirvə yolu”nun məlumatına görə, hadisə zamanı sürücü, 1996-cı il təvəllüdlü Azadlı Məhərrəm Əli oğlu xəsarət alıb.
Yaralı digər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.
Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və sağ baldır nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.