Finlandiyanın Baş naziri Sanna Marin hökumətin istefası ilə bağlı ölkə Prezidenti Sauli Niinistöyə müraciət edib.
Bu barədə məlumatı “Yle” teleşirkəti yayıb.
Qeyd edək ki, Sanna Marinin hökuməti Baş nazirin başçılıq etdiyi partiyanın parlament seçkilərində məğlub olmasından sonra istefaya gedir. Hökumət yeni Nazirlər Kabineti təyin olunana qədər müvəqqəti hökumətin texniki öhdəliklərini yerinə yetirəcək. Seçkilərdə qalib gələn müxalif Milli Koalisiya Partiyası yeni hökumətin qurulmasına isə gələn həftə başlayacaq.