Xəbər

İcra başçısı və “İnşaat Servis-2” MMC-nin rəhbəri dövlətdən oğurladıqları pulu geri qaytardılar… – İLGİNC GƏLİŞMƏ

Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanla bağlı cinayət işinə xitam verib. RealMedia.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ramin Məhəmmədoğlu sosial media hesabında yazıb.
Juranalist həmkarımız yazır ki, bir müddət əvvəl Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Beyləqan rayonunun abadlığına ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı aparılan araşdırmalar zamanı bir neçə şirkətin fəaliyyəti ciddi şəkildə araşdırılmış və ciddi mənimsəmə faktları aşkarlanmışdır.
Fəaliyyəti təftiş olunan şirkətlərdən biri də Vüqar Aslanova məxsus “İnşaat Servis-2” MMC olmuşdur ki, bu, şirkətin fəaliyyətində də ciddi korrupsiya mənimsəmələri aşkar edilib.
Belə ki, aparılan istintaq araşdırmaları zamanı Vüqar Aslanovun 107,674 manat dövlət vəsaitinin mənimsədiyi faktı aşkar edilib.
Beləliklə də Vüqar Aslanov istintaq müddətində 107,674 min manat pul vəsaitini dövlət büdcəsinə qaytarıb. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, Vüqar Aslanov həmin pulu dövlətə qaytarmaqla canını qutarmayıb. O, həbs olmaması üçün həmin məbləğin 50 faizini, yəni 53, 837 min manat pulu dövlət büdcəsinə ödəməklə məsuliyyətdən azad olub.
Jurnalist R. Məhəmmədoğlu onunda qeyd edib ki, KQMBİ tərəfindən aparılan cinayət işində dövlət vəsaitlərini mənimsəyən “İnşaat Servis-2” MMC və digər şirkətlərlə yanaşı sabiq icra başçısı Vaqif Abdullayevin də adı keçir. Hansı ki, istintaq araşdırmaları zamanı adıçəkilən icra başçısı tərəfindən 401,137 min manat dövlət vəsaitinin mənimsənilməsi faktı da öz təsdiqini tapıb. Sabiq icra başçı da öz növbəsində mənimsədiyi pulu dövlət büdcəsinə ödəməklə, həmin pulun 50 faizini, yəni 205,69 manat pul vəsaitini də büdcəyə ödəyərək məsuliyyətdən (həbsdən) azad olub. Məhz bu üzdən də cinayət işinə xitam verilib.
Jurnalist həmkarımız onu da qeyd edib ki, əlavə pul ödəyib məsuliyyətdən azad olmaq və yaxud cinayət işinə xitam verilməsi həmin şəxslərin barələrində bəraətverici əsaslarla qərar qəbul edilməsi demək deyil. Bu yanlış anlaşılmamalıdır. Sadəcə onlar mənimsədikləri pulun 50 faiz məbləğini dövlət büdcəsinə əlavə ödəməklə məsuliyyətdən azad ediliblər. Yəni barələrində həbs qərarı verilməyib. Cinayət işi isə təkzib olunmaz olaraq qalır.
Qeyd edim ki, Vüqar Aslanovun əvvəllər sahibi olduğu “VETEKS-2017” MMC uzun illər Beyləqan rayonunun abadlıq və quruculuq işlərində tenderin qalibi olub və adı bir çox korrupsiya mənimsəmələrində keçib.
Xatırladım ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədn aparılmış araşdırmalar zamanı icra başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərin əməllərində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkirarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla törədilməsi cinayətlərinin tərkib əlamətlərini işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün materiallar Baş İdarənin İstintaq idarəsinə göndərilmişdir.
Hazırda Baş prokurorluq tərəfindən həmin cinayət işinə xitam verilib.
RealMedia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir