Sumqayıt Bulvar İdarəsinin rəis müavini narazılıq yaradır – Seymur Məmmədov sahibkarlara “tas” qoyur
Zakir Fərəcov həmyerlisinin dələduzluqları barədə xəbərsizdir
Azərbaycanda bəzi şəxslərin vəzifəyə təyin edildikdən sonra sui-istifadə hallarına yol vermələri artıq adi hala çevrilib. Belə vəzifə sahiblərindən biri də Sumqayıt Bulvar İdarəsinin direktor müavini Seymur Məmmədovdur. Saytımıza daxil olan məlumatda bildirilir ki, Sumqayıt icra başçısı Zakir Fərəcov tərəfindən Bulvar idarəsinin direktor müavini təyin edilən Seymur Məmmədov artıq vəzifəsindən ciddi şəkildə sui-istifadə etməyə başlayıb. Belə ki, Seymur Məmmədovun Sumqayıt Bulvarında fəaliyyət göstərən bir çox sahibkarlara hesab qoyması barədə məlumat əldə etmişik. Məlumatda vurğulanır ki, Seymur Məmmədov icra başçısı Zakir Fərəcovun ona göstərdiyi etimad və səlahiyyəti öz şəxsi mənafeyi üçün istifadə edir. Qeyd edilir ki, Seymur Məmmədov onun qoyduğu hesabla bağlı narazılıq edən sahibkarları Zakir Fərəcovun adı ilə qorxuzaraq, onlara açıq şəkildə hədə qorxu gəlir. Sumqayıt Bulvar İdarəsinin işçiləri belə işlərini itirməməkdən qorxaraq Seymur Məmmədovun “əsirinə” çevriliblər. Narazı sahibkarlar isə olanlardan icra başçısı Zakir Fərəcovun xəbərsiz olduğunu iddia edirlər.
Bildirək ki, Seymur Məmmədovun adı ilk dəfə ölkə mətbuatına Abşeron rayon Memarlıq-tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı xəbərdə hallanıb. Ancaq həmin vaxt Seymur Məmmədov Abşeron icra başçısı işləyən Zakir Fərəcov tərəfindən həbsdən xilas edilib.
Bundan başqa iki ay öncə mətbuatda yayılan digər xəbərdə bildirilirdi ki, tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədov dələduzluğa görə məhkəməyə verilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən presesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilib. Zərərçəkmiş şəxslər isə vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyev olub. Məlumata görə Seymur Məmmədov və ortağı vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevə qarşı dələduzluq edərək, onlara külli miqdarda ziyan vurublar.
Bundan başqa Seymur Məmmədovun Masazır qəsəbəsində qanunsuz torpaqlar zəbt edərək, heç bir sənədi olmayan evlər tikdirərək satdığı deyilir. Görünür Suqmayıt icra başçısı Zakir Fərəcov həmyerlisi Seymur Məmmədovun dələduzluqları barədə dərindən məlumatlara malik deyil. Yoxsa adı müxtəlif dələduzluqlarda hallanan birisini Sumqayıt Bulvar İdarəsinə direktor müavini təyin etməzdi.
Mövzuya qayıdacağıq.