Dünya Manşet

Türkiyə və ABŞ müdafiə nazirləri “F-16” tədarükü məsələsini müzakirə ediblər

Türkiyənin müdafiə naziri Hulusi Akar və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik mövzularını müzakirə ediblər. Eyni zamanda görüşdə “F-16” tədarükü və onun modernizasiyası layihəsinin sürətli və müsbət nəticələnməsinin önəmi qeyd edilib.

Fevralın 6-dakı zəlzələdən sonra ABŞ-yə, verdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür edən türkiyəli nazir ölkəsinin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini, Finlandiyanın üzvlüyünün bunu bir daha göstərdiyini, İsveçin də ən qısa zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir