Cəmiyyət

Zaur Mikayılov yəqin belələri ilə işləməz… – HƏR HALDA…

Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kənd əhalisinin canını boğazına yığıb. Goranboy rayon Qızılhacılı qəsəbəsinin sakinlərinin problemlərini dinləyib, onlara lazımı tədbirlər görən qurum tapılmır.

Belə ki, adı çəkilən Qızılhacılı qəsəbə sakinləri içməli suyun 6 kub metrinə 25 manat ödəyib aldıqlarını iddia edirlər. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri torpaq sahələrində çox əziyyətlə pambıq əkib – becərirlər. Bəzi hallarda su qıtlığından pambıq sahələri yanır. Ancaq isti yay aylarında su borularını təmir edirlər, amma qış və yaz fəsillərində təmir işləri aparılmır sual yaranır niyə aparılmır?

Goranboy rayon sakinləri bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Kimə şikayət edirsiz, edin deyir. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova edilən şikayətlərin də nəticəsi olmayıbdır.

Qəsəbədə yaranmış su problemi ilə dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması təmin olunmayıbdır.

Qızılhacılı qəsəbəsinin sakinləri bildirirki, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradır, bunun qarşılığında qazanc əldə edir.

Sakinlərin sözlərinə görə, Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həmin “bazar”dan xəbəri var. O, əlavə edib ki, adıçəkilən şəxslərin də “paylar”ını sa çatdırır.

Goranboy rayon sakinləri Prezident İlham Əliyev cənablarına müraciət edib, köməklik istəyirlər.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq… //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir