İdman

Argentinalı mütəxəssis Uruqvay millisinin yeni baş məşqçisi olacaq

Futbol üzrə Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub.

“Zirvə yolu” yerli mətbuata istinadən xəbər verir ki, yığmaya argentinalı Marselo Bielsa rəhbərlik edəcək.

Artıq tərəflər müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər və yaxın bir neçə gün ərzində rəsmi müqavilə imzalanacaq. Sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadək qüvvədə olacaq. Komanda mundiala vəsiqə qazansa, müqavilənin uzadılması ehtimalı var.

Qeyd edək ki, Dieqol Alonsonun istefasından sonra Uruqvay millisində Marselo Broli müvəqqəti baş məşqçi olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir