ABŞ-nin Florida ştatının sahilində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə polisə istinadən “Associated Press” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarə hava limanından qalxdıqdan dərhal sonra Meksika körfəzinə düşüb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində biri pilot olmaqla 4 nəfərin meyiti aşkar edilib. Təyyarənin qalıqları təxminən 7 m dərinlikdə tapılıb.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.