Dünya Manşet

Kamçatka sahilində 6,4 maqnitudalı zəlzələ olub

Sakit okeanda Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 445 kilometr, Severo-Kurilskdən 153 kilometr aralıda 6,4 maqnitudalı zəlzələ olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.

Yeraltı təkanları Severo-Kurilsk sakinləri hiss ediblər. Zəlzələnin ocağı 94,3 km dərinlikdə yerləşib. Daha sonra Severo-Kurilskdən 136 kilometr aralıda 4 maqnitudalı zəlzələ olub.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir