Manşet Siyasət

Azərbaycanın XİN başçısı ilə ATƏT sədrinin təkbətək görüşü başa çatıb – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında təkbətək görüş başa çatıb.

“Zirvə yolu” xəbər verir ki, hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

Müzakirələr başa çatandan sonra C.Bayramovla B.Osmaninin birgə mətbuat konfransı olacaq.

11:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.

“Zirvə yolu” xəbər verir ki, C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir