Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Paris-2024 Olimpiya Atıcılıq Tədbirləri qaydalarındakı yeniliklərin ilk olaraq Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında tətbiq ediləcəyini bəyan edib.
Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra Tokio-2020-də tətbiq edilmiş qaydalarla bərabər, yeni qaydalar da bir sənəddə toplanaraq, ISSF saytında yerləşdirilib.
“Atletlərin, məşqçilərin və rəsmi şəxslərin 8 may 2023-cü il tarixdən etibarən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün Qaydalar kitabçasını dərc edirik” – Beynəlxalq Federasiyanın bəyanatında yazılıb.