Ukrayna Prezidenti Volodimir Zelenski Ali Rada tərəfindən qəbul edilən və ölkə büdcəsində müdafiə xərclərinin 14,5 milyard dollar artırılmasını nəzərdə tutan sənədi imzalayıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə məlumatı Ukrayna parlamentinin “Qolos” partiyasından olan xalq deputatı Yaroslav Jeleznyak yayıb.
“2023-cü ilin büdcəsində rekord artıma Prezident Zelenski imza atıb”, – deyə Jeleznyak teleqram kanalında yazıb və bu qərarın rəsmi olaraq aprelin 13-də qüvvəyə minəcəyini bildirib.
Bu vəsaitin təxminən 10 milyard dolları Müdafiə Nazirliyinin ehtiyaclarına yönəldiləcək, daha 2,6 milyard dolların isə Ukrayna Daxili İşlər Nazirliyinin sisteminin fəaliyyətinə xərclənməsi planlaşdırılır, qalan vəsait isə Ukrayna kəşfiyyatı və Ukrayna Təhlükəsizlik Xidmətinə veriləcək.